20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Afət Fərmanqızı Kəramət Böyükçöllə duet oxumaq istəyir: “Feysbuka onun statuslarını oxumaq üçün girirəm”

Afət Fərmanqızı Kəramət Böyükçöllə duet oxumaq istəyir: “Feysbuka onun statuslarını oxumaq üçün girirəm”Tanınmış müğənni Afət Fərmanqızı növbəti dəfə duet oxumaq istədiyi şəxsin adını açıqlayıb.

O deyib ki, həmin adam nə meyxanaçıdır, nə də müğənni: “Amma bilmirəm onun səsi yaxşıdırmı. Yazıçıdır, lakin şeir də yazır. Maraqlı insandır. O da Kəramət Böyükçöldür. Səsi varsa, onunla duet ifa edə bilərəm. gülür). Elə maraqlı, savadlı adamları çox sevirəm. Kəramətin yaradıcılığını izləyirəm, ona böyük hörmətim var. Feysbuka onun statuslarını oxumaq üçün girirəm. Axşamlar 10 dəqiqəlik baxıram ki, görüm Kəramət bəy nə paylaşıb. Çox istedadlı, qabiliyyətlidir. Bir gün zaman onun dəyərini verəcək. İndi qədri bilinmir. O, həm də zamanı qabaqlayan yazıçıdır. Heyif ki, Kəramət bəyi dərk edə bilməyənlər var.

“K.Böyükçölün kitablarını oxumusunuzmu?” sualına müəğənni belə cavab verdi:

“Bu yaxınlarda onun kitab satdığı parka yaxın yerdə çəkilişdə idik. Rəfiqəmə dedim, qayıdanda zəng vurub, Kəramətin kitabından alacam. Amma elə oldu ki, verlişdə texniki problemlər yarandı. “Space Tv”də Elçin Əlibəylinin qonağıydım. Çəkilişdən sonra həmin parka gedəcəkdim. Lakin texniki problemlərə görə qaldı. Həm də bilirsiniz ki 3 saatlıq sms-lə çölə çıxırdıq.Verlişin qonaqlarından biri 1 saat gecikdi. Mənim iki saatım qaldı, onu da verlişə sərf elədim. Evə ancaq çata bildim. Yenə də Kəramət bəyin kitablarını oxumaq istəyirəm. İllərdir kitab oxumuram. Məktəb illərində mütaliə edirdim. Dünya ədəbiyyatından, Tolstoydan, Dümadan oxumuşam. Pandemiya dövründə də tanış ola bilmədiyim əsərlərin filmlərini izləyirəm. Yazıçılarla maraqlanıram.

Müğənni onu da əlavə edib ki, bəzi televiziyalar onu K.Böyükçöllə debata çağırıb:

“ “Pəncü-şeş” mahnım yeni çıxan zaman lar Kəramətlə debata dəvət etdilər. Soruşdum ki, digər qonaq kimdir? Dedilər, yazar Kəramət Böyükçöl. O vaxt yaxşı tanımırdım. İnternetdə axtardım, “ANS” də dediyi şeirini gördüm (gülür). Dedim, zatən üstümə gələnlər çoxdur. Birdən verlişdə nəsə deyər, sonra “TİK-Tok”a düşərik. Debata çıxmadığım yeganə insan Kəramət oldu. Qiyabi tanıdıqca təəssüfləndim ki, gərək dəvəti qəbul edərdim. İndi bildim o, internetdə gördüyüm Kəramət deyilmiş. Çox ədəbli-ərkanlı, müasir düşüncəli insandır. Məsələn bəzi fikirləri mənim də ağlımdan keçir Lakin dilə gətirsəm, insanlarda qıcıq yarada bilərəm. Kəramət isə elə yazır ki, heç kim aqressiya göstərmir. Hamı razılaşır, onu dəstəkləyir. Bu da bir istedaddır”.Sherg.az


Tarix: 19-01-2021, 23:35 Oxunub: 176


Bölməyə aid digər xəbərlər