16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
"Zamiqlə Abbası barışdırmaq üçün 8 min hesab ödədim"

"Zamiqlə Abbası barışdırmaq üçün 8 min hesab ödədim"

Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovu barışdırmasından danışıb.

GununNebzi.az xəbər verir ki, müğənni "ATV maqazin onlarla"ya açıqlamasında ifaçıları barışdırmaq üçün 8 min hesab ödədiyini deyib:

"İki il əvvəl Moskvaya toya getdim, bəlli qiymətim var. Amma bu toy üçün 12 min aldım. Kənan (prodüseri Kənan Bayramov - red.) dəli olmuşdu ki, nə edirsən. Dedim, Abbasla Zamiqi barışdırmalıyam, həmin məclisə getməliyəm. Restoranda 8 min hesab vermişdim. İki gün yeyib-içdik. İndi bizə gəlib oturanda deyirəm belə olacaqdınızsa, niyə mənə 8 min hesab verdirib, italyan şərablarını açdırırsınız? Barışığı sevirəm, amma qadınları barışdırmağa getmirəm".

Tarix: 13-04-2021, 10:18 Oxunub: 136


Bölməyə aid digər xəbərlər
10-03-2021, 22:02 Şəbnəm həcidən danışdı