21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Daha 3 şadlıq sarayı CƏRİMƏLƏNDİ

Daha 3 şadlıq sarayı CƏRİMƏLƏNDİ

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan 3 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Kral”, “Aytac”, “Ruslan” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub.

“Kral” və “Aytac” şadlıq saraylarının sahibləri barəsində inzibati protokollar tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Digər obyektin sahibi isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.

Tarix: 6-08-2021, 10:40 Oxunub: 200


Bölməyə aid digər xəbərlər