12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək

Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcək

Bakıda “Sea Breeze” kurort qəsəbəsinin ərazisində ticarət mərkəzinin tikintisinə sentyabrda başlanılacaq. Obyektin 2022-ci ilin yayında açılması planlaşdırılır.

GununNebzi.az
xəbər verir ki, bu barədə TASS-a açıqlamasında “Crocus Group” şirkətinin birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov bildirib.

“Biz ticarət mərkəzini sentyabrın 15-dən tikməyə başlayacağıq. Birinci fazanın ümumi sahəsi 43 min kv.m təşkil edəcək. Onu gələn yaya bitirməyi planlaşdırıram”, -deyən iş adamının sözlərinə görə, layihənin ümumi sahəsi gələcəkdə 60 min kv.m-ə çatdırılacaq.

Bundan başqa, “Sea Breeze”də piyada zonası, velosiped yolları, yaşıllıq və istirahət yerləri olan altı kilometrlik bulvarın salınması planlaşdırılır.

Yaxın zamanlarda “Grand Hotel” və “Skyline” hotellərinin tikintisinə də başlanılacaq. Obyektlərin müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır. Həmin vaxtadək “Polo Residences” yaşayış kompleksinin 16 korpusunun tikintisi nəzərdə tutulur.

Bundan əlavə, “Sea Breeze”də “Lighthouse” mənzil kompleksinin tikintisi aparılır: ikinci korpusun cari ildə, üçüncü və dördüncü korpusun isə müvafiq olaraq 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kv.m təşkil edəcək.(Modern.az)

Tarix: 31-08-2021, 08:43 Oxunub: 166


Bölməyə aid digər xəbərlər