15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Əməkdar artist: “Toy müğənnisi deyiləm” - ÖZƏL

Əməkdar artist: “Toy müğənnisi deyiləm” - ÖZƏL“Koronavirus gözlə görünməyən düşməndir. Güllə atmır, amma ailələrə soxulur. Şükür edirəm ki, salamatıq. İranda və Türkiyədə pandemiya nə qədər insana qıydı. Hələ də koronavirusdan ölüm halları davam edir. Bizdə isə vəziyyət onlara baxanda daha yaxşıdır”.

GununNebzi.az bu barədə. Bu sözləri Əməkdar artist Lalə Məmmədova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Karantin günlərindən danışan sənətçi qızları Nərgiz, Çinarə və yaşlı valideynləri haqqında söz açıb:

Əməkdar artist: “Toy müğənnisi deyiləm” - ÖZƏL
“Yaradıcı insan üçün evdə oturmaq çox çətindir. Övladlarımla küçəyə çıxa, gəzməyə gedə bilmirik. Uşaqlar bu mövzuda bizdən daha çox qəhrəmandırlar. Valideynlərim karantin dövründə tətbiq edilən qaydaları pozmadılar”.

“Karantin həqiqətən də həyatımı dəyişdi” söyləyən L.Məmmədova bu mövzuda fikirlərini belə davam etdirib:

“Anladıq ki, hər an əzizlərimizi itirə bilərik. Səhər tezdən gedib, gecə qayıdan insan ailəsindən o qədər də xəbərdar olmur. Amma karantin müddətində ailəmlə, uşaqlarımla daha çox zaman keçirdim. Onların qayğısına daha çox qaldım. Bunun məsuliyyətini hiss etdim”.

“Karantin bitəndən sonra nə edəcəksiniz?” sualı sənətçini çaş-baş qoyub. Müğənni bu barədə düşünmədiyini bildirib:

“Karantin bitəndən sonra yenidən əvvəlki həyatımıza dönəcəyik. Lakin bilmirəm, bizi nələr gözləyəcək? Sərhədlər açılandan sonra nələrin olacağını da heç kim bilmir”.

Əməkdar artist karantin dövründə efirə çıxmamasının səbəbini belə izah edib:

“Karantin müddətində heç bir verilişə qatılmadım. Yaşlı valideynlərimin evində qalıram. Onları təhlükəyə atıb, efirə gedə bilməzdim. Yalnız Mədəniyyət Nazirliyinin keçirdiyi layihədə iştirak etdim. Məhəllələrin birində konsert proqramı ilə çıxış etdim. Bu, mənim bir sənətçi kimi borcum idi”.

Əməkdar artist: “Toy müğənnisi deyiləm” - ÖZƏL
Lalə Məmmədova həmkarlarının karantindən sonra toy qiymətlərini qaldıracaqlarını düzgün saymadığını söyləyib:

“Ellə gələn bəladır. Hamı bir-birinin vəziyyətini anlamalıdır. Mən toy müğənnisi deyiləm. Hələ heç toy təklifləri də gəlməyib ki, bu maliyyə məsələlərindən nəsə danışım (gülür). Amma karantindən sonra toy qiymətlərini qaldırmaq heç düzgün deyil. İnsanları anlamaq, bu çətin dövrdə güzəştə getmək lazımdır”.


Tarix: 18-05-2020, 18:22 Oxunub: 137


Bölməyə aid digər xəbərlər