21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Təhsil haqqında” qanuna dəyişiklik qüvvəyə mindi

“Təhsil haqqında” qanuna dəyişiklik qüvvəyə mindi

Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.

GununNebzi.az-
ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi, diplom və ya sertifikat veriləcək.

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradacaq və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.

Eyni zamanda yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Tarix: 29-11-2021, 18:37 Oxunub: 234


Bölməyə aid digər xəbərlər