15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Nazir xaricdə təhsillə bağlı detalları açıqladı

Nazir xaricdə təhsillə bağlı detalları açıqladı

“Əvvəlki proqramlardan fərqli olaraq, biz konkret proqramları elan edəcəyik. Ola bilər ki, bir universitet hansısa ixtisas üzrə reytinqlidir, o ixtisas üzrə tələbələr oxuya bilərlər. Amma həmin universitetin digər ixtisası reytinqli deyilsə, başqa universitet seçiləcək”.

GununNebzi.az
xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev ötən gün təsdiq olunan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.


O qeyd edib ki, lazım olan bütün ixtisaslar bu proqrama salınacaq: “Sentyabr ayından tələbələr maliyyələşdirilərək xaricə göndəriləcək. Mart ayının sonuna qədər ilkin siyahı ictimaiyyətə təqdim olunacaq. Artıq indidən başlayaraq tələbələr müraciət edə bilərlər. Reytinq siyahısında 500-lüyə düşən universitetlər seçiləcək”.

E.Əmrullayev həmçinin bildirib ki, əvvəlki proqramlarda olduğu kimi, həm təhsil haqlarının ödənilməsi, həm də təqaüdlərin verilməsi olacaq. Səfər və sığorta xərcləri də bu proqram çərçivəsində ödənəcək.

Tarix: 1-03-2022, 16:14 Oxunub: 53


Bölməyə aid digər xəbərlər