21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Xaricdə dövlət hesabına tibb təhsili ilə bağlı yeni layihə hazırlanır

Xaricdə dövlət hesabına tibb təhsili ilə bağlı yeni layihə hazırlanır

Təhsil Nazirliyi tibb sahəsinin xaricdə təhsillə bağlı dövlət proqramına salınmamasına aydınlıq gətirib.

GununNebzi.az
xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov nazirliyin feysbuk səhifəsində canlı yayım zamanı danışıb.

O qeyd edib ki, prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısına bunun əvəzində “Public health” ixtisası salınıb: “Bu, bizdə o qədər də tanınmasa da, xaricdə çox tanınır. Düşünürük ki, buna çox ehtiyac var və ona görə müvafiq qurumların tövsiyəsi ilə həmin siyahıya salınıb”.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli isə əlavə edib ki, adətən tibb təhsilində magistratura səviyyəsi mövcud deyil, tibb təhsilinin xüsusi təşkili forması var: “Həmçinin uzunmüddətli olması bəzi ölkələrdə maliyyəsinin bahalı olması, qoyulan investisiyanın qaytarılması baxımından bir qədər çətinlik yaradır. Bununla bağlı yaxınlarda ayrıca layihəmiz olacaq və bunu daha yaxşı şəkildə həyata keçirə biləcəyik”.

Tarix: 6-04-2022, 11:31 Oxunub: 266


Bölməyə aid digər xəbərlər