Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb.
GununNebzi.az xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları aşağıdakı şəkildə təmin olunur:
- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;
- Valideynləri (qanuni nyəndələri) həmin məktəbdə işləyənlər;
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları bu cür tənzimlənir:
- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Bölməyə aid digər xəbərlər