21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Qonaq getdikləri evdən oğurluq etdilər - Video

Qonaq getdikləri evdən oğurluq etdilər - Video

Bakıda qonaq getdikləri evdən 21 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonunda yerləşən mənzildən oğurluq edən paytaxt sakinləri İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər hadisə günü Səbail rayonunda yaşayan İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qalandan sonra isə ev sahibinin olmamasında istifadə edərək mənzildən 8700 manat, 1600 dollar, 7000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3000 manat olan 1 ədəd kürk oğurlayıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.


Həmçinin oxuyun: “AZZA” cərimələndi

Bank kartlarından oğurluq edən İbrahim Əhmədov da tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, o müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin bank kartlarında ümumilikdə 4000 manata yaxın pul oğurlayıb.

Metronun “İçərişəhər” stansiyasının yaxınlığında vətəndaşlardan birinin çantasını oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində Bakı şəhər sakini Ruslan Novruzov tutularaq Bölməyə gətirilib. Onun oğurladığı çantanın içində dəyəri 3000 manat olan mobil telefon və 600 manatlıq elektronika məhsulları olub. Ruslan Novruzov oğurladığı əşyaları paytaxt ərazisindəki mağazalardan birinə satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Tarix: 29-01-2022, 14:41 Oxunub: 162


Bölməyə aid digər xəbərlər