23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla görüşüb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün tvitter hesabında bildirib.

“Müzakirələrimizi İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla davam etdirmək çox xoş idi. Ölkələrimiz arasında yaxşı qonşuluq əlaqələrini bir daha təsdiqlədik, həmçinin akademik və tədqiqat sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladıq”, - deyə H.Hacıyev qeyd edib.

Tarix: 24-09-2021, 23:31 Oxunub: 242


Bölməyə aid digər xəbərlər