Ukrayna Silahlı Qüvvələri ilk dəfə Britaniya istehsalı olan “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə zərbə endirib.
GununNebzi.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Məlumata görə, Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk vilayətində uzaqmənzilli silahlardan birinin qalıqlarını əks etdirən görüntülər yayılıb.
Rusiya isə Kiyevin “Storm Shadow” raketlərindən istifadəsini təsdiqləməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden, eləcə də Fransa və Böyük Britaniya öz uzaqmənzilli silahları Ukraynanın Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib.
Ötən gün isə, Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisinə ilk dəfə Birləşmiş Ştatların ballistik ATACMS raketləri ilə zərbə endirib.
Bölməyə aid digər xəbərlər