“İsrail İrana son hücumunda İslam respublikasının nüvə proqramının konkret komponentini vurdu”.
GununNebzi.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bu, sirr deyil. Hücum zamanı onların nüvə proqramının müəyyən komponentinə zərbə vurulub”, - baş nazir Knessetin (parlament) iclasında bildirib.
Onun sözlərinə görə, bu zərbə İranın nüvə proqramını dayandırmadı, ancaq onun həyata keçirilməsini 10 il ləngitdi.
Baş nazir əlavə edib ki, İsrail ordusu ballistik raketlərin istehsal olunduğu İranın müdafiə zavodlarına da ciddi zərbə vurub.
Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail İrana çoxsaylı raket hücumları həyata keçirib və bununla da həmin ayın əvvəlində İslam Respublikasının kütləvi hücumuna cavab verib.
Bölməyə aid digər xəbərlər