“Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisinə ilk dəfə ballistik ATACMS raketləri ilə zərbə endirib”.
GununNebzi.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Qüvvələrindəki mənbəyə istinadən “RBK-Ukraina” yayıb.
Bildirilib ki, zərbə Bryansk vilayətində Karaçev şəhəri yaxınlığında hərbi obyektə endirilib və hədəfin vurulması uğurla başa çatıb: “Həqiqətən də, Rusiya ərazisinə zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”.
Xatırladaq ki, bir neçə gün əvvəl “The New York Times” ABŞ Prezidenti Co Baydenin ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verdiyini yazıb. Bu gün isə ABŞ Dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols Baydenin Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirməyə icazə verməsini təsdiqləyib. Bu, sözügedən məsələ barədə ilk təsdiq olub.
Bölməyə aid digər xəbərlər