23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcək

Bakıdan Moskva və Kiyevə çarter aviareysləri yerinə yetiriləcəkNoyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, "SkyUp Airlines" aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcək.

Qeyd etməliyik ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaq.


Tarix: 23-11-2020, 16:42 Oxunub: 322


Bölməyə aid digər xəbərlər