15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Şəxsi avtomobildə maska taxılması məcburidirmi? – “Mənasız bir şeydir”

Şəxsi avtomobildə maska taxılması məcburidirmi? – “Mənasız bir şeydir”2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunub. Bununla da, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. Bu tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Bəs, şəxsi avtomobildə ailə üzvləri varsa, maska taxılması məcburidirmi?

Mövzuyla bağlı hüquqşünas Ələsgər Məmmədi açıqlamasında, fərdi maşında ailə üzvləriylə birlikdə olan zaman maska taxmağın mənasız olduğunu deyib:

“Söhbət bir-biriylə ünsiyyətdə olmayan şəxslərdən gedir. Sistematik olaraq, bir yerdə yaşamayan şəxlər nəzərdə tutulur. Yəni, bir ailə bir evdən çıxırsa, bir masada yemək yeyirsə və sonra da bir maşında gedirsə burda yoluxma ola bilməz. Əgər maşında maska taxılırsa, o zaman evin daxilində də ailə üzvləri maska ilə hərəkət etsinlər… Mənasız bir şeydir. Bu, ictimai yerlərdə, nəqliyyatlarda və taksilərdə tətbiq olunmalıdır. Taksi sürücüləri daim hərəkətdə olurlar və sərnişinlərin daşınmasını həyata keçirdir. Burda maskadan istifadənin zəruriliyi nəzərdə tutula bilər. Əgər, sürücü maşınında ailə üzvləriylədirsə, burda maskadan istifadənin tələb olunması mənasızdır. Eyni zamanda, bunun tələb olunması belə qanunsuzdur. Nazirlər Kabinetinin qərarında yalnız ictimai nəqliyyat və taksilər nəzərdə tutulub. Fərdi avtomobillərdə şəxsin ailə üzvləriylə bağlı heç bir məhdudiyyət yoxdur. İctimai yerlərdə və taksilərdə olanlar üçün maska taxılması məcburidir.Düşünürəm ki, yoluxmanın daha da artmaması üçün, sərt tədbirlərin görülməsi zəruridir”.

DİN-in Mətbuat Xidmətindən, avtomobil idarə edən şəxs tək və yaxud ailə üzvləri ilə birgə olduqda maskadan istifadənin məcburi olmadığı bildirilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.


Tarix: 26-11-2020, 09:33 Oxunub: 129


Bölməyə aid digər xəbərlər
19-11-2020, 15:03 Karantin rejimi uzadıldı