15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”

“Özüm də belə edirəm, vətəndaşla birgə kompüterdə açıb baxırıq”
“Özünüməşğulluq proqramı çərçivəsində verilən bütün aktivlərin, öncəliklə proqrama qəbul edilən hər bir şəxsin elektron kabineti yaradılır. Onların keçdiyi təlim proqramı ilə bağlı elektron kabinetdə məlumatlar olur. Təqdim edilən hər bir aktivin vətəndaş tərəfindən şəxsən qəbul edildiyi videoçəkiliş aparılır və həmin kabinetə yerləşdirilir”.

GununNebzi.az
xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçkirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur: “Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli, Qida Təhlükəsizliyi Agentliyinin, baytarlığın sertifikatları, yoxlama, sağlamlıq arayışları orada olur. Əgər avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları olur. Bu sertifikatlarla birlikdə vətəndaş özü şəxsən videoçəkilişlə qəbul edir, hər hansı etirazı olmadığını bildirir və təqdim olunan aktları imzalayır”.

S.Babayev əlavə edib ki, videoçəkilişlərin hamısı nazirliyin elektron səhifəsinə açıq şəkildə qoyulur: “Sizə müraciət edən şəxslərin ad-soyadı və FİN nömrəsi ilə elə qəbul zamanı təqdimat prosesinə baxa bilərsiniz. Mən öz vətəndaş qəbullarımda da eyni qaydada edirəm. Vətəndaşın müraciəti zamanı əgər özünüməşğulluq aktivləri ilə bağlı iradı varsa, kompüterdə açıb baxırıq və vətəndaşla birgə analiz edirik. Əlavə olaraq, imzalanmış müqavilə çərçivəsində qeyd olunub ki, bir ay ərzində aktivlərin keyfiyyətində vətəndaşın günahı olmadan baş verən hər hansı pozuntuya görə də ona zəmanət verilir, 30 gün müddətində dəyişdirilir.

Amma əgər vətəndaş 6 ay sonra gəlib deyəcəksə, verilən aktiv indi işləmir, əlbəttə ki, zəmanət müddəti keçdiyinə görə dəyişdirilmir. Düşünürəm ki, özünüməşğulluq proqramı Azərbaycanın ən uğurlu layihələrindən biridir. Dünya Bankı müxtəlif ölkələrdə həyata keçirdiyi özünüməşğulluq layihələri içərisində ən uğurlu layihələrdən biri kimi ali mükafatlarından birini bu proqrama verib”.


Tarix: Bu gün, 14:10 Oxunub: 0


Bölməyə aid digər xəbərlər