15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
“Həmin gəlirlər də əhalinin sosial müdafiəsinə yönəldiləcək”

“Həmin gəlirlər də əhalinin sosial müdafiəsinə yönəldiləcək”

“Ehtiyatların investisiyaya yönəldilməsi ilə bağlı səsləndirilən fikirlərlə tam razıyam. Düşünürük ki, bu, önəmli istiqamətlərdən biridir. Bununla bağlı DSMF-nin və İşsizlikdən Sığorta Fondunun ehtiyatlarının investisiya edilməsinə dair qaydalar, qanunvericilik paketi hazırlanıb və bütün nazirliklər tərəfindən də dəstəklənib”.

GununNebzi.az
xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib.

S.Babayev qeyd edib ki, yeni qanun hökumət tərəfindən də aidiyyəti üzrə təqdim olunub: “Hesab edirəm ki, yaxın dövrdə həmin qanunvericilik paketi Milli Məclisə göndəriləcək. Növbəti ildə artıq DSMF və Məşğulluq Agentliyi investisiya fəaliyyəti ilə məşğul ola biləcək. Həmin gəlirlər də əhalinin sosial müdafiəsi məqsədlərinə yönəldiləcək”.

(Qafqazinfo)

Tarix: 11-11-2022, 16:56 Oxunub: 15


Bölməyə aid digər xəbərlər