21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
“Saxta pensiya işlərinin maliyyələşdirilməsinin qarşısı tam alınmaqdadır” - Sahil Babayev

“Saxta pensiya işlərinin maliyyələşdirilməsinin qarşısı tam alınmaqdadır” - Sahil Babayev

“Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərdə 46% artım gözlənilir”.

GununNebzi.az-
ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bunlar dəfn, 3 yaşına çatanadək uşaqlar və hamilələr üçün olan vəsaitlərdir: “Dövlət Sosial Müdafiə Fondu tərəfindən 66 xidmət artıq elektronlaşdırılıb. Paralel olaraq bütün ölkə üzrə fərdi uçot sistemi tam şəkildə mərkəzləşdirilib. Bundan başqa, Fond tərəfindən ölkə üzrə məhkəmə prosesində olan işlər mərkəzləşdirilib. Bu istiqamətdə görülən işlər sayəsində uduzulmuş işlərin sayı 96% azalıb. Məbləğ olaraq da 97% azalma baş verib. Saxta pensiya işlərinin maliyyələşdirilməsi və s. kimi halların qarşısı artıq tam şəkildə alınmaqdadır. Hazırda ölkə üzrə sosial xərclərin təyinatı mərkəzləşdirilir. Burada tək pensiyalardan söhbət getmir. Arxiv sənədlərinin mərkəzləşdirilməsi çərçivəsində də yüksək məbləğli saxta pensiya işlərinin hamısı tam ləğv edilir. Artıq 16 rayon üzrə ünvanlı sosial yardım üzrə yoxlamalar tam mərkəzləşdirilib. İlin sonunadək bu proses 46 rayonda həyata keçiriləcək”.

Tarix: 10-11-2021, 13:12 Oxunub: 175


Bölməyə aid digər xəbərlər