15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
Ucarda evlərini tərk edən koronavirus xəstələri saxlanıldı

Ucarda evlərini tərk edən koronavirus xəstələri saxlanıldıUcar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxan və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş 2 rayon sakini - M.Məmmədov və B.Babayev müəyyən edilib.

Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar. Onlarla bir daha profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


Tarix: 3-12-2020, 13:12 Oxunub: 174


Bölməyə aid digər xəbərlər