01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
10 dərəcə şaxta olacaq, yağış yağacaq - SABAHIN HAVASI

10 dərəcə şaxta olacaq, yağış yağacaq - SABAHIN HAVASIDekabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağ gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Dekabrın 4-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Dekabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Tarix: 3-12-2020, 13:17 Oxunub: 204


Bölməyə aid digər xəbərlər
15-11-2020, 08:39 Bu günün HAVA PROQNOZU