Şəhid ailələrinin, Qarabağ müharibəsi yaralılarının yeni yaradılan “YAŞAT” Fonduna müraciət etməsinə ehtiyac yoxdur. ASAN könüllüləri özləri hər bir şəhid ailəsinə və yaralıya baş çəkərək onların ehtiyaclarını müəyyənləşdirəcək.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev.
Ü.Mehdiyev bildirib ki, artıq ASAN xidmətdə bütün şəhid ailələrinin və yaralıların ünvanları var.
Onun sözlərinə görə, rayonlar üzrə ASAN könüllülərindən ibarət qruplar yaradılacaq və hər bir ünvana baş çəkiləcək: “Bir məsələni şəhid ailələrinin, yaralıların nəzərinə çatdırmaq istəyirəm ki, biz demirik ki, siz harasa müraciət edin. Şəhid ailələrinə biz özümüz gedəcəyik, ehtiyacları müəyyənləşdirəcəyik və bu fond vasitəsilə vətəndaşlara çatdıracağıq. Kiminsə harasa müraciət etməsinə ehtiyac yoxdur. Biz günü sabahdan könüllülərimizlə birgə hər rayon üzrə ailələrə baş çəkəcəyik. Qısa müddətdə hər bir şəhid ailəsinə və yaralıya baş çəkiləcək və onların ehtiyaclarını müəyyənəşdirəcəyik”.
Bölməyə aid digər xəbərlər