11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur

Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur
Fransa hakimiyyətinin Azərbaycana qarşı qərəz və ikili standartlara söykənən münasibətləri səngimir. Hər vəchlə ölkələrimiz arasında münasibətlərə xələl gətirəcək addımlara rəvac verir. Başda prezident Emmanuel Makron olmaqla, erməni lobbisindən yararlanan şəxslər xalqlar arasında münasibətlərə xələl gətirməyə çalışır. Halbuki, fransız və Azərbaycan xalqını tarixi, mədəni əlaqələr birləşdirir. Rəsmi Paris münasibətlərin inkişafına mane olmaq istəsə də, bu səylər nəticəsiz qalır.

Makron komandasının tapşırıqlarını sözsüz yerinə yetirən Fransanın Avropa və Xarici İşlər Nazirliyi bu ilin sentyabr ayının 4-də Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara Azərbaycana səyahət xəbərdarlığı etmişdi. Nazirlik bunu “əsassız həbs və ədalətsiz mühakimə riski” ilə əsaslandırmağa çalışmışdı. Lakin rəqəmlər göstərir ki, fransızlar rəsmi Parisin bu xəbərdarlığını ciddiyə almırlar. Fransızlar sadəcə bununla hakimiyyətlərinin bədnam siyasətləri ilə barışmaq istəmirlər.


GununNebzi.az xəbər verir ki, “Report”un ASAN Xidmətdən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana viza alan Fransa vətəndaşlarının sayı artıb. Belə ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında onların 1003 nəfər (sentyabrda 536, oktyabrda 467) olduğu halda, bu ilin eyni aylarında 1167 nəfər (sentyabrda 562, oktyabrda 605 nəfər) Fransa vətəndaşı viza alıb. Burada Yelisey sarayının yürütdüyü siyasətin iflas olduğu üzə çıxır.

Eləcə də, “Report”un Dövlət Sərhəd Xidmətindən aldığı məlumata görə, sentyabr ayında ölkəyə faktiki daxil olan Fransa vətəndaşlarının sayı ötən illə müqayisədə 264 nəfər çoxdur. Yalnız oktyabr ayında cüzi azalma (24 nəfər) qeydə alınıb.

Ümumiyyətlə isə 2022-ci ildən bəri viza alanların sayında artım müşahidə edilməkdədir. 2024-cü ilin 10 aylıq dövrü ilə müqayisədə rəqəmlər belədir: 2022-ci illə müqayisədə 24% (2304 nəfər) artım, 2023-cü illə müqayisədə isə 15% (1540 nəfər) artım qeydə alınıb.

Bu rəqəmlər belə deməyə əsas verir ki, Makronun öz vətəndaşlarının Azərbaycana səfərlərinə mane olmaq cəhdləri nəticə vermir. Aldığımız məlumata görə, Formula-1 yarışı və digər tədbirlər zamanı da Fransadan gələn turistlərin sayı kifayət qədər yüksək olub, qarşıdan gələn COP29-da da Fransa vətəndaşları, jurnalistlər və QHT üzvləri yaxından iştirak edəcəklər.

Bütün qeyd olunan faktlar göstərir ki, iki xalq arasında heç bir problem yoxdur və ola da bilməz. Problem Makron diktaturası və Fransanın xarici siyasət idarəsindəki bəzi şəxslərdən qaynaqlanır. Nə Makron, nə də onun komanda üzvləri nə qədər istəsələr də, qarşıya qoyduqları hədəfə çatmayacaqlar. Xalqlar arasında nifaq salmaq siyasəti iflas olacaq və Azərbaycan və Fransa xalqları arasında dostluq, hərtərəfli münasibətlər davam edəcək.


Tarix: 7-11-2024, 18:41 Oxunub: 0


Bölməyə aid digər xəbərlər