Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın regional sabitliyə xələl gətirə biləcək hər hansı hərəkətinin mümkünlüyünü istisna edib.
GununNebzi.az xəbər verir ki, bu barədə Paşinyan parlamentdə hökumət saatı zamanı danışıb.
“Bizə Azərbaycanla müharibə qətiyyən lazım deyil. İstənilən ixtisaslı müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, regionda sabitlik lazımdır”, - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, yerli mediadakı təxribat xarakterli yazılar sabitliyin pozulmasında maraqlı qüvvələrin mövcudluğundan xəbər verir:
“Bizim vəzifəmiz təxribatlara boyun əyməməkdir”.
Baş nazir qeyd edib ki, Ermənistan Alma-Ata bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və sərhədlərin delimitasiyası prosesini davam etdirməyi planlaşdırır.
“Sərhədin növbəti hissəsində delimitasiyaya başlamalıyıq və bu proses gedir. Məqsədimiz sülh müqaviləsini razılaşdırmaqdır, onun 90%-i artıq tamamlanıb”, - Paşinyan bildirib.
Bölməyə aid digər xəbərlər