Paşinyanla Blinken telefonla danışdı

Paşinyanla Blinken telefonla danışdı
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin dövlət katibi Entoni Blinken telefonla danışıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi məlumat yayıb.

Bildirilib ki, tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını, həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesini müzakirə ediblər.

Telefon danışığı zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır. Baş nazir Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib.


Tarix: 28-04-2024, 20:56 Oxunub: 1


Bölməyə aid digər xəbərlər