11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”
“Arzum həyata keçdi”.

GununNebzi.az-
ın məlumatına görə, Bunu “Report”a açıqlamasında Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva söyləyib.

27 yaşlı qrosmeyster Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olması barədə ilk təəssüratını bölüşüb:

“İnanın, sevincimi sözlə izah etməkdə çətinlik çəkirəm. Çox sevinirəm. Məşqlərin nəticəsini gördüyümüzə görə çox şadam. Qitə çempionatı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür etmək istərdim. Avropa çempionatı çox gərgin keçdi. Həyəcansız oyunlar olmadı, hər tur müəyyən qədər həyəcan hiss olunurdu”.

Qeyd edək ki, Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.


Tarix: 29-04-2024, 18:31 Oxunub: 0


Bölməyə aid digər xəbərlər