Ötən gün şübhəli şəxs qismində tutulan hüquq müdafiəçisi Rüfət Səfərov hakim qarşısına çıxarılıb.
GununNebzi.az məlumatına görə, müstəntiq və ibtidai istintaqa prosessual rəhbərlik edən prokuror dələduzluqda və xuliqanlıqda təqsirləndirilən şəxsin həbsini istəyir.
İş materiallarından məlum olub ki, Rüfət Səfərova Cianyət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə də əlavə ittiham verilib.
Hazırda Binəqdəi Rayon Məhkəməsində proses gedir.
Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) medianın sorğusuna cavab verib. Nazirlikdən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub. O, həmin səbəbdən saxlanılıb.
***
Rüfət Səfərovun istintaqdan yayınma, yer dəyişmə ehtimalı nəzərə alınaraq barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bölməyə aid digər xəbərlər