21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən GÖRÜNTÜLƏR - VİDEO

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən GÖRÜNTÜLƏR - VİDEO
Ötən gün Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə mühafizəçi kimi çalışan Natiq Mehdinin qətlə yetirilməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

“Xəzər Xəbər”in əməkdaşları hadisədə şübhəli bilinən Elsəvər İslamovun yaşadığı Mərdəkan qəsəbəsində olublar.

Qonşular bildiriblər ki, hadisədən sonra ailəsi evdən gedib.

Onlar E.İslamovun belə bir cinayət törətməsinə təəccübləniblər.

Bildiriblər ki, E.İslamov qapalı insan olub. Onun qonşularla sıx əlaqəsi olmayıb. O, Mərdəkandakı evinə ara-sıra gəlib-gedib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda 55 saylı orta məktəbin gözətçisi 60 yaşlı Natiq Mehdi öldürülüb. Onu öldürməkdə şübhəli bilinən həmin məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini 58 yaşlı Elsəvər İslamov isə saxlanılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elsəvər İslamov iş yoldaşı Natiq Mehdini öldürdükdən sonra izi itirmək məqsədilə meyiti yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsinə gətirib və bu ərazidə basdırıb. O, istintaqa ifadəsində basdırdığı yeri göstərib və meyit buradan çıxarılaraq ekspertizaya aparılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə iş başlanılıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Ətraflı süjetdə:


Tarix: 17-05-2024, 00:22 Oxunub: 0


Bölməyə aid digər xəbərlər