01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Azərbaycanda 3 nəfəri öldürən şəxsə ömürlük cəza: arvadını, qısqandığı qonşusunu və anasını...

Azərbaycanda 3 nəfəri öldürən şəxsə ömürlük cəza: arvadını, qısqandığı qonşusunu və anasını...

Şabranda ana və oğlunu odlu silahla qətlə yetirən şəxsin məhkəməsi başa çatıb. Ona ömürlük həbs cəzası verilib.

GununNebzi.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla iki nəfəri öldürən 34 yaşlı Şabran sakini Nahid İslamovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Əvvəlcə məhkəmə araşdırması zamanı N.İslamovun daha əvvəl də adam öldürməyə görə məhkumluq həyatı yaşadığı məlum olub.

N.İslamov ötən il qonşuluğunda yaşayan 37 yaşlı Məhəbbət Məmmədovu və onun 57 yaşlı anası İstək Mahmudovanı güllələyərək qətlə yetirib. Şabran rayonunun Zeyvə kəndində baş verən hadisə qısqanclıq zəminində törədilib. 11 il əvvəl həyat yoldaşını öldürdüyü üçün həbs edilən Nahid onu qonşusu Məhəbbət Məmmədova qısqanırmış. Qətlin də bu səbəbdən törədildiyi bildirilir.

Məhkəmə artıq üçüncü qətli törədən Nahid İsmayılovla bağlı hökm çıxarıb.

İki və daha artıq şəxsi xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham edilən N.İslamov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nahid İslamov qətli törətdikdən sonra qaçaraq gizlənib. O, gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Nahid İslamov ilkin ifadəsində qətlə yetirdiyi Məhəbbət Məmmədovla əvvəlcədən ədavətinin olduğunu etiraf edib. Deyib ki, məhəllədə olan zaman Məhəbbət başqa uşaqlarla top oynayıb.

"Mən buna əsəbləşdim. Sonra gördüm ki, Məhəbbət dilinin altında danışır. Top mənim yanıma düşdü. Tüfənglə vurub partlatdım. Məhəbbət gəlib silahı əli ilə tutdu. Üç dəfə dedim ki, burax, amma buraxmadı. Mən də babat içmişdim. Gördüm ki, yox, əl çəkmir. Bir dəfə vurdum, ikincini də başından. Anası gələndə onu da vurdum",- deyə N.İslamov gülə-gülə ifadəsində bunları bildirib.



Musavat.com

Tarix: 10-03-2021, 12:46 Oxunub: 189


Bölməyə aid digər xəbərlər