02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Müğənni arvadını oteldə öldürən şəxsdən XƏBƏR VAR

Müğənni arvadını oteldə öldürən şəxsdən XƏBƏR VARBakıda arvadını qətlə yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

GununNebzi.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən Murad Şamilovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Murad Şamilov özünü qismən təqsirli bildiyini deyib. Deyib ki, mərhumu xüsusi amansızlıqla öldürmək ittihamını qəbul etmir.

Qətl hadisəsi paytaxtın Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində baş verib.

1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.

Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.


Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

Qətl hadisəsindən əvvəl Murad Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib.


Qadın onun təklifini qəbul edib. Onların görüşü faciə ilə bitib.


Bildirilib ki, qadın paytaxt restoranlarının birində müğənni kimi çıxış edirmiş. Onların iki azyaşlı övladı var.


İstintaq orqanı tərəfindən Murad Şamilovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.



Musavat.com


Tarix: 21-02-2021, 15:04 Oxunub: 178


Bölməyə aid digər xəbərlər