“Azərbaycan ordusunun mövqeləri bizə çox yaxındır. Rusiya sülhməramlıları da, Azərbaycan hərbçiləri də mütəmadi olaraq Əsgəran şəhərinə girib-çıxırlar...”
gununnebzi.az xəbər verir ki, bu sözləri işğalçı Ermənistan mediasına açıqlamasında Azərbaycanın Əsgəran şəhərinin hələlik vəzifəsində qalan qondarma meri Hayk Şimiryan söyləyib.
“Azərbaycan hərbçiləri çox vaxt demarkasiya tədbirləri zamanı sərbəst şəkildə Əsgərana gəlirlər. Onlar mağazalarda, bazarda alış-veriş edirlər. Bu, artıq adi hala çevrilib. Onlar yerli ermənilərlə, hətta qızlarla ünsiyyətə də girirlər. Erməni kəndlilər isə artıq Azərbaycana təhvil verilmiş Ağdamda və digər ərazilərdə qalmış məhsullarını daşımağa icazə almaq üçün Azərbaycan əsgərləri ilə dil tapmağa çalışırlar”- deyə H.Şimiryan bildirib.
Bölməyə aid digər xəbərlər