02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanda ölüm halları niyə artıb? - “Qocalar psixoloji gərginlik keçirirlər”

Azərbaycanda ölüm halları niyə artıb? - “Qocalar psixoloji gərginlik keçirirlər”Son günlər sosial şəbəkələrdə insan ölümü ilə bağlı paylaşımlar nəzərəçarpacaq dərəcədə artıb. İnformasiyanın təhlili onu göstərir ki, vəfat edənlərin heç də hamısı COVID-19 qurbanı deyil.

Maraqlıdır, insanlar arasında ölüm hallarının artması nə ilə bağlıdır? Payızda xəstəliklərin artması, o cümlədən koronavirusun yaratdığı xof bu məsələdə nə qədər rol oynayır?

Mövzuyla bağlı açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, COVID-19 insanlarda psixoloji gərginlik yaradıb. Bu isə öz növbəsində digər xəstəliklərin inkişafına səbəb olur:

“Hazırda insanların psixoloji sistemində çox dərin dəyişiklik olduğuna, yəni COVID-19 psixoloji gərginlik yaratdığına görə yanaşı gedən xəstəliklərdə ağırlaşma halları baş verir. Buna görə də çox zaman xəstə həyatını itirir və ölüm səbəbinə də koronavirus yazılır. Ölüm hallarının sayı getdikcə artır. Burada yaş amili də müəyyən rola malikdir. Cavanlar psixoloji narahatlıq keçirmədiyi üçün xəstəliyi rahat keçirir, amma yaşlılarda vəziyyət daha çətin olur”.


Tarix: 17-12-2020, 14:07 Oxunub: 218


Bölməyə aid digər xəbərlər