21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
44 günlük Vətən Müharibəsində çalışan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ

44 günlük Vətən Müharibəsində çalışan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ44 günlük Vətən Müharibəsi dövründə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən yaralılara göstərilən xidmət və iş bölgüsü barədə məlumat verilib.

GununNebzi.az xəbər verir ki, Bu barədə BŞT və TTYS-nın baş həkimin müavini İradə Əliyeva deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən Azərbaycan Respublikası ərazisində Vətən müharibəsinin başlanması ilə bağlı döyüş zonalarına yaxın olan rayonlarda təcili tibbi xidmət göstərilməsi məqsədi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivi səfərbər olub:

“Gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçiləri növbə ilə döyüş bölgələrinə ezam edilərək, yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsi, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına daşınmasında, həmçinin, helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə daşınmasında aktiv iştirak ediblər”.

İ.Əliyeva cəbhə bölgəsində yaralanan hərbiçilərimiz COVID-19 virusuna qarşı hər hansı müayinədən keçirilməsində də danışıb:

“Hərbi hospitalda müalicə alan yaralı və qazilərdən gündəlik olaraq COVID-19 virus infeksiyasının aşkarlanması məqsədilə kütləvi yaxmaların götürülməsi, cəbhədə şəhid olmuş hərbçilərin ünvanlara çatdırılması, dəfn mərasimlərində mütəmadi olaraq növbətçiliklərin icrası da təcili yardım briqadaları tərəfindən həyata keçirilib.

Təcili yardım işçiləri, eyni zamanda, arxa cəbhədə də COVID-19 virus infeksiyası ilə mübarizə aparıblar. Belə ki, virus infeksiyasına yoluxmuş xəstələrə ilkin tibbi yardımın göstərilməsi, ehtiyac olduğu halda hospitalizasiyası, infeksiyaya yoluxmuşlarla təmasda olan şəxslərdən yaxmaların götürülməsi, müəssisə və təşkilatlardan laborator müayinə materiallarının götürülərək, mərkəzləşmiş laboratoriyaya çatdırılması da təcili yardım briqadaları tərəfindən icra edilib”.


Tarix: 18-12-2020, 13:28 Oxunub: 188


Bölməyə aid digər xəbərlər