[Təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞT və TTYS) “103” xidmətinə mütəmadi daxil olan müraciətlər də təcili yardım briqadaları tərəfindən icra edilib.
GununNebzi.az xəbər verir ki, bunu BŞT və TTYS-nin baş həkimin müavini İradə Əliyeva deyib.
O bildirib ki, çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur. Ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda isə çağırışın icrası üçün daha çox zaman sərf olunur.
İ.Əliyeva eyni zamanda bir çox insanların BŞT və TTYS-nin gecikməsindən şikayətlənmələrinə də aydınlıq gəitirib. O, bunun səbəbi nədən qaynaqlandığını izah edib: "Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayı artdığından təcili tibbi yardıma edilən müraciətlərin sayında da müvafiq artım qeyd edilir. Belə ki, pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hal-hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr üçün də “103” xidmətinə çox sayda müraciət daxil olur ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı xəstələrin yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə səbəb olur".
Bölməyə aid digər xəbərlər