15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Umayra Tağıyevadan havanın keyfiyyəti ilə bağlı AÇIQLAMA

Umayra Tağıyevadan havanın keyfiyyəti ilə bağlı AÇIQLAMA“Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye şəhərlərində atmosfer havası, digər aqrar bölgələrlə müqayisədə, çirklənməyə daha çox məruz qalır”.

gununnebzi.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, iri şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr əsasən sənaye müəssisələri və nəqliyyat vasitələridir:

“Lakin, müəssisələrin az tullantılı texnologiyalarla təmin olunması, həmçinin nəqliyyatda "smart" yanaşmaların tətbiqi ilə atmosfer havasına olan təsirləri azaltmaq mümkündür”.

U.Tağıyeva atmosfer havasının keyfiyyətinin monitorinqi sahəsindəki yeniliklərdən də söz açıb:

“Atmosfer havasının vəziyyəti insan sağlamlığına təsir göstərən amildir. Bunu nəzərə alaraq, havanın keyfiyyəti ilə bağlı məlumatlara əlçatanlığın təmin edilməsini qarşımıza bir məqsəd kimi qoymuşuq.

Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edən mexaniki analizlərə əsaslanırdı.

Buna görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Ölkəmizdə həyata keçirilən "Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycana Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi" layihəsi çərçivəsində monitorinq şəbəkəsi üçün modernizasiya planı hazırlanıb. Layihənin həyata keçirilməsi nəticəsində real vaxt rejimində çalışan avtomatik analizatorlardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılacaq.

Avropa təcrübəsinə uyğun olaraq bu məlumatlara əhalinin onlayn rejimdə çıxışı təmin olunacaq, hər bir insan ETSN-nin saytında bu məlumatlarla tanış ola biləcək”.


Tarix: 18-12-2020, 14:32 Oxunub: 187


Bölməyə aid digər xəbərlər