20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
Evdə müalicə alan COVID-19 xəstlərindən 14 gün sonra yaxma götürülməlidirmi? - AÇIQLAMA

Evdə müalicə alan COVID-19 xəstlərindən 14 gün sonra yaxma götürülməlidirmi? - AÇIQLAMAEv şəraitində nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətəndaş tam sağalmış hesab olunur.

GununNebzi.az xəbər verir ki, Bunu mətbuata müsahibəsində Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar:

“Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur.

Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi, eləcə də, venadaxili inyeksiyaların qəbulu daxil deyildir”.

N.Daşdəmirova bəzi vətəndaşların evdə nəzarət müddəti bitdikdən sonra yenidən yaxma tələb etmələri ilə bağlı məsələyə də münasibət bildirib:

“Nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətəndaş tam sağalmış hesab olunur. Ondan yenidən yaxmanın götürülməsinə ehtiyac yoxdur.

Əgər 14 gün bitdikdən sonra xəstədə şikayətlər davam edərsə, bu vəziyyət sahə həkim tərəfindən dəyərləndirilərək, xəstəlik müddəti uzadıla bilər”.


Tarix: 22-12-2020, 14:11 Oxunub: 195


Bölməyə aid digər xəbərlər