20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
COVID-19 ilə bağlı poliklinikalar yaxmanı necə götürməlidir? - AÇIQLAMA

COVID-19 ilə bağlı poliklinikalar yaxmanı necə götürməlidir? - AÇIQLAMAÖlkədə COVID-19 infeksiyası ilə əlaqədar poliklinikalar tərəfindən yaxmaların götürülməsi prosesinə aydınlıq gətirilib.

GununNebzi.az xəbər verir ki, Bu barədə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova məlumat verib.

N.Daşdəmirova bildirib ki, poliklinikalar tərəfindən yaxmaların götürülməsi aşağıdakı qaydada həyata keçirilir:

“Vətəndaş özündə hər hansı bir narahatlıq hiss edərsə, dərhal sahə həkimi və ya 814 çağrı mərkəzinə müraciət etməlidir. Sahə həkimi vətəndaşda COVID-19 şübhəsi aşkarlayarsa, məlumatlar təhkim olunduqları məntəqəyə göndərilir. Məntəqə işçiləri tərəfindən ev şəraitində yaxma götürülür”.

“Məntəqələr tərəfindən yaxmalar hər gün səhər saat 08:00-dan 15:00-a qədər götürülür. 15:00-dan 18:00-a qədər isə məntəqə işçiləri tərəfindən nəticəsi pozitiv çıxmış xəstələrə vitamin komplekslərinin paylanması aparılır.

Sahə həkimləri koronavirusa yoluxmuş evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir”-, deyə Nailə Daşdəmirova qeyd edib.


Tarix: 22-12-2020, 14:03 Oxunub: 210


Bölməyə aid digər xəbərlər