01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Dövlət Gömrük Komitəsinin bu xidmətləri yanvarın 1-dən mümkün olacaq

Dövlət Gömrük Komitəsinin bu xidmətləri yanvarın 1-dən mümkün olacaqBeynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.

GununNebzi.az xəbər verir ki, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir. Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlılığının təmin edilməsi məqsədilə əməliyyatı “Smart customs” mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub “Ana səhifə”dəki “Sadələşdirilmiş bəyannamə-Elektron ticarət” bölməsini seçməklə xidmətdən yararlanmaq olar.


Tarix: 30-12-2020, 18:41 Oxunub: 169


Bölməyə aid digər xəbərlər