Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun kənd və qəsbələrinə gedərək torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüb.
GununNebzi.az xəbər verir ki, İ.Gülməmmədova Qobu, Güzdək, Hökməli, Ceyranbatan, Masazır, Novxanı, Məhəmmədi, Digah, Mehdiabad və Fatmayı kənd şəhidlərini yad edərək onların məzarüstü abidələrinin hazırlanmasının son vəziyyəti ilə tanış olub. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, abidələri üzərinə tər çiçəklər düzülüb.
Hər kənd və qəsəbədə şəhid ailələri ilə görüşən İ.Gülməmmədova onların problemləri və qayğıları ilə maraqlanıb.
Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan başçı qeyd edib ki, məhz onların və ümumilikdə Azərbaycan ordüsunun, hərbçilərimizin döyüş əzmi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində vətənimiz öz bütövlüyünə qovuşdu. Şəhidlərimizin öz qanı ilə torpaqlarımızı işğaldan azad etdiyini qeyd edən başçı bildirib ki, 2020-ci il həm də həmrəylik, mübarizlik ili kimi tarixdə qalacaq. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən İ.Gülməmmədova ölkəmizdə dövlət səviyyəqində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.
Şəhid ailələri də cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək igidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini qeyd ediblər. /"Unikal.org"
Bölməyə aid digər xəbərlər