23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DİN: 2 225 nəqliyyat vasitəsi geri qaytarılıb

DİN: 2 225 nəqliyyat vasitəsi geri qaytarılıbKoronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2021-ci il yanvarın 3-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2 225 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 025 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Eyni zamanda son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və 6 nəfər barəsində cinayət işi başlanılıb.

"Bu istiqamətdə tətbiq edilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik", - Mətbuat Xidmətindən bildirilib.


Tarix: 4-01-2021, 12:09 Oxunub: 210


Bölməyə aid digər xəbərlər