23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Karantin rejimini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndi

Karantin rejimini pozan çayxana aşkarlandı, 15 nəfər cərimələndiKarantin rejimini müddətində fəaliyyət göstərən çayxana aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı rayonun Rüdəkənar kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Keçirilən baxış zamanı həmin vaxt orada obyektin sahibi Q.Mirzəyevlə yanaşı 14 nəfər müştərinin də olduğu müəyyən edilib.

Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.


Tarix: 7-01-2021, 11:46 Oxunub: 270


Bölməyə aid digər xəbərlər