23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Hərəkətinə icazə verilən şəxslər sui-istifadə edərək, bölgələrə gedirlər” - DİN-dən XƏBƏRDARLIQ

“Hərəkətinə icazə verilən şəxslər sui-istifadə edərək, bölgələrə gedirlər” - DİN-dən XƏBƏRDARLIQKoronavirusun geniş yayılmasının qarşısının alınması üçün respublikanın beş şəhər və 12 rayonunda sərtləşdirilmiş karantin rejiminin qaydalarının təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, əsas diqqət mövcud vəziyyətdə koronavirusa yoluxmanın qarşısını almağa yönəlib:

“Bu məqsədlə sözügedən ərazilərdə karantin postları qurulub. Həmin karantin postlarında müvafiq icazə almadan hərəkət etməyə cəhd edən şəxs və ya şəsxlərin qarşısı alınaraq, onlar barəsində qanunamüvafiq tədbirlər görülür.

Bütün bunların əsas məqsədi hər bir hərəkət iştirakçısının Nazirlər Kabinetinin qərarına uyğun olaraq izolyasiya qaydalarına ciddi əməl etməsini təmin etməkdir”.

Elşad Hacıyev xüsusilə fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin regionlara getməsi ilə bağlı məsələyə toxunub:

“Nazirlər Kabinetinin qərarına uyğun olaraq fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin Bakı, Abşeron və Sumqayıt şəhərlərində yaşayıb, işləməsinə baxmayaraq, kütləvi şəkildə bölgələrə getməsi müşahidə olunur.

Həmin şəxslərin onlara verilən icazələrdən sui-istifadə etməsinin qarşısını almaq üçün karantin postlarında nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Bu gün ölkədə hər bir şəxsin üzərinə düşən əsas vəzifələrdən biri koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə qaydalara riayət etmək və məsuliyyətli olmaqdır”.


Tarix: 8-01-2021, 10:48 Oxunub: 293


Bölməyə aid digər xəbərlər