23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Ötən il 145 nəfər xarici ölkələrdən readmissiya olunub" - Vüsal Hüseynov

"Ötən il 145 nəfər xarici ölkələrdən readmissiya olunub" - Vüsal Hüseynov“Readmissiya ilə əlaqədar 2019-cu ildə 480 sorğu olub, 2020-ci ildə isə bu rəqəmdə 1,3 faiz azalma var”.

GununNebzi.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il bununla bağlı sorğuların sayı 474 olub: “2019-cu ildə readmissiya olunmuş şəxslərin sayı 457, ötən il 145 olub, ümumilikdə 68 faiz azalma var. Pandemiya ilə əlaqədar ötən il readmissiya ilə gələn şəxslər yalnız yanvar-fevral aylarını əhatə edib, onlar çarter reysi vasitəsilə ölkəyə gətiriliblər.


Xidmət rəisi deyib ki, indiyə qədər Dövlət Miqrasiya Xidmətinə readmissiya ilə bağlı 4647 sorğu olub: "1914 nəfərin sorğusu müsbət cavablandırılıb, ancaq hələ onların geri qaytarılması həyata keçirilməyib, nəzərdə tutulur".


Tarix: 14-01-2021, 14:26 Oxunub: 120


Bölməyə aid digər xəbərlər