Azərbaycanda dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün istifadə ediləcək.
GununNebzi.az-ın məlumatına görə, bu, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əsasən, Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər.
İndiyə qədər dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülüb. Layihəyə əsasən, dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar dövlət büdcəsinə deyil, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.
Bölməyə aid digər xəbərlər