23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu avtobus da kartla olacaq

Bu avtobus da kartla olacaqMüntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sisteminə inteqrasiyası proseslərinə yenidən start verilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə 01.02.2021-ci il tarixindən etibarən 15 nömrəli marşrut xətti (Keşlə qəsəbəsi-Koroğlu Nəqliyyat Mübadilə Məkrəzi) üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.

Sərnişinlərin rahatlığı nəzərə alınaraq xətt üzrə zəruri yerlərdə “BakıKart”ın balansını artırmaq üçün ödəmə post-terminalları qoyulub.

Nağdsız ödənişə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Əvvəlki dövrlərdə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək


Tarix: 30-01-2021, 14:56 Oxunub: 140


Bölməyə aid digər xəbərlər