23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Milli parklarda “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” qeyd olunub - FOTO

Milli parklarda “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” qeyd olunub - FOTO2 fevral “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” ilə əlaqədar Şirvan Milli Parkında “açıq qapı” günü və elmi-məlumatlandırıcı seminar keçirilib.

GununNebzi.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, tədbirdə İDEA İctimai Birliyinin, Ümumdünya Təbiəti Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, Azərbaycan Ornitoloji Cəmiyyətinin, Azərbaycan Turizm Agentliyinin, ETSN-nin əməkdaşları və ekokönüllülər iştirak edib.

“Seminarda köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin (bird watching) inkişafı ilə bağlı müzakirələr aparılıb. Daha sonra iştirakçılar milli parkın “Qızılqaz gölü” marşrutunda su-bataqlıq quşlarını müşahidə edib”.

Xidmət rəsmisi bildirib ki, “açıq qapı” günləri Qızılağac və Ağgöl Milli Parklarında da keçirilib.

“Qeyd edək ki, su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən 2 fevral tarixi “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” kimi qeyd olunur. Azərbaycanın Ağgöl və Qızılağac Milli Parkları mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib

Milli parklarda “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” qeyd olunub - FOTO
Milli parklarda “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” qeyd olunub - FOTO
Milli parklarda “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” qeyd olunub - FOTO

Tarix: 3-02-2021, 09:49 Oxunub: 140


Bölməyə aid digər xəbərlər