Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canan qızının atası Kərim tərəfindən şiddət görməsi barədə polisə müraciət etməyib.
Bu barədə “Qafqazinfo”ya Cananın özü məlumat verib. Sənətçinin eks-gəlini yalnız özünün döyülməsi səbəbi ilə polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib:
“Uşaq biz ayrılmamışdan əvvəl döyülüb. Bu barədə polisə müraciət etməmişəm. İstəmirəm, qorxuram ki, övladımı əlimdən alarlar. Həm də uşağımın atasıdır. Ancaq şiddət görməyim barədə iki ay əvvəl 9-cu Polis Bölməsinə şikayət ərizəsi yazmışam. İş tədqiqatçıdadır”.
Hazırda Moskvada olan M. İsgəndərli və Kərim telefonlara cavab verməyib. Müğənninin köməkçisi isə sualları cavabsız qoyub.
09:02
Əməkdar artist Mətanət İsgəndərlinin ailəsində qalmaqal yaşanıb.
GununNebzi.az xəbər verir ki, M. İsgəndərlinin gəlini Canan sosial şəbəkələrdə övladlarına qarşı şiddət göstərən görüntülər paylaşıb. Canan bildirib ki, keçmiş həyat yoldaşı Kərim övladlarına işgəncə verib. Görüntülərdə azyaşlının bədənində qançır izlərinin olduğu da aydın şəkildə görünür. Canan belə hallara görə Kərimlə birgə yaşamağın mümkün olmadığını qeyd edib.
Bir müddət əvvəl müğənninin oğlu Kərim həyat yoldaşı Canandan ayrılıb
Qeyd edək ki, Kərim və Cananın 3 övladı var.
Bölməyə aid digər xəbərlər