Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub
GununNebzi.az-ın xəbərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq Sərəncamları ilə Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə, Adil Tağıyev isə Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Məhərrəmov Kamran Məhərrəm oğlu bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində, Tağıyev Adil Arif oğlu isə Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb.
Hər iki müavin bu gün kollektivə təqdim edilib.
APA
Bölməyə aid digər xəbərlər