21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
"İrşad Electronics"lə bağlı qərar verildi

"İrşad Electronics"lə bağlı qərar verildi

"İrşad Electronics" MMC barədə inzibati protokol tərtib edilib.

GununNebzi.az-ın xəbərinə görə, şirkət qanunvericilikdə nəzərdə tutulmuş sertifikatlaşdırma qaydalarını pozmaqda təqsirləndirilir.

İnzibati Xətalar Məcəlləsinin 447.0.4-ci (qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 4 manatdan 6 min manatadək məbləğdə cərimə edilir.



Unikal.org

Tarix: 4-03-2021, 12:09 Oxunub: 193


Bölməyə aid digər xəbərlər