23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tanınmış restoranlar cərimələndi

Tanınmış restoranlar cərimələndi

Martın 23-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə üzrə 425 ictimai iaşə obyektində 731 monitorinq keçirilib.

GununNebzi.az xəbər verir ki, monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

1. Bakı şəhəri, Səbail ‎rayonu, Y. Məmmədəliyev küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Qasımova Sevinc Mayıl qızına məxsus kafe;

2. Bakı şəhəri, Səbail ‎rayonu, R. Rza küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Cabbarlı Ramiz Fikrət oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan küçəsi, ev 37D ünvanında yerləşən, fiziki şəxs Ələsgərzadə Vasif Fəxrəddin oğluna məxsus çay evi;

4. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus "Kabak" restoranı;

5. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küçəsində yerləşən, fiziki şəxs İbrahimov İlyas Şahlar oğluna məxsus "Halal manqal" kafesi;

6. Bakı şəhəri, Səbail ‎rayonu, Z. Əliyeva küçəsi, ev 3 ünvanında yerləşən, hüquqi şəxs "Novgüv" Məhdud Məsuliyyətli Cəmiyyətina məxsus “The Bagel Bar” restoranı;

7. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 1 ünvanında yerləşən fiziki şəxs Nüsrətov Samit Tofiq oğluna məxsus kafe;

8. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Soltanzadə Anara məxsus kafe;

9. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən, fiziki şəxs Qasımov Seymur Eldar oğluna məxsus restoran;

10. Bakı şəhəri, Xətai rayonu, A. Novruzov küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Seyidov Miryaqub Mirvəli oğluna məxsus "Dostluq" kafesi;

11. Bakı şəhəri, Suraxanı rayonu, General Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Əbdülhəlimli Rəşxan Zakir oğluna məxsus kafe;

12. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Emin Faiq oğluna məxsus "Dönərçi" kafesi;

13. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Teymurov Elsevər İsmayıl oğluna məxsus kafe;

14. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Şükürov Bəhmən Asif oğluna məxsus "Ovqat" restoranı;

15. Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən, fiziki şəxs Osmanov Fəqan Telman oğluna məxsus kafe;

16. Bakı şəhəri, Nizami rayonu, 28 May küçəsi, ev 29 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli Hüseyn oğluna məxsus kafe;

17. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi, ev 5 ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşviq Rafael oğluna məxsus “Sərin” restoranı;

18. Bakı şəhəri Nəsimi rayonu, Puşkin küçəsi 30 ünvanında yerləşən, hüquqi şəxs "Asnaf" sənaye şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Staybridge” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

19. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən, fiziki şəxs Hümbətova Mehbarə Paşa qızına məxsus "Laçın yekləri" kafesi;

20. Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 9/20 ünvanında yerləşən, fiziki şəxs Həsənova Kifayət Təvəkkül qızına məxsus "Kinder Ville" kafesi;

21. Gədəbəy rayonu, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Sadıqov Sərxan Gündüz oğluna məxsus kafe;

22. Şamaxı rayonu, Bakı-Qazax yolunun 141-ci kilometrliyində yerləşən, fiziki şəxs Abdullayev Sahib Hüseynbala oğluna məxsus "Sərin Meşə" restoranı;

23. Ağsu rayonu, Ağsu dolayları ünvanında yerləşən, fiziki şəxs Tamerlan Yengibar oğluna məxsus restoran;

24. Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən, fiziki şəxs Rəhimov Azad Oktay oğluna məxsus kafe;

25. Qəbələ rayonu, H. Aslanov küçəsində yerləşən, fiziki şəxs Abdurahmanzadə Tural Hamlet oğluna məxsus çay evi;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Tarix: 24-03-2021, 14:38 Oxunub: 339


Bölməyə aid digər xəbərlər
12-03-2021, 16:47 Bu restoranlar cərimələndi